Zaqatalada 50 yaşlı kişi məscidin həyətində özünə xəsarət yetirib.
Aktualtv.az xəbər verir ki,hadisə rayonun Car kəndi ərazisindəki məscidin həyətində baş verib. Zaqatala şəhər sakini 1973-cü il təvəllüdlü Musa Xəlil oğlu Xəlilov kəsici alətlə özünün boyun nahiyəsinə xəsarət yetirib. M. Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.