Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.

AKTUAL TV xəbər verir ki, 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.

Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]