“Ermənistanın gələcəyi faciəlidir” – Tahir Rzayev

“Sarukyanın həbs olunması Paşinyanın hakimiyyətini qorumasından irəli gəlir. Çünki müəyyən qüvvələr ona qarşı çıxırlar. Paşinyan görür ki, bu qüvvələrin arxasınca müəyyən insanlar gedir. Ona görə də Sarukyanın həbsi təbiidir”.

AKTUAL TV -nin xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, “Sarukyan” fraksiyasının lideri Qaqik Sarukyanın keçmişi qaranlıqdır. O kriminal aləmlə əlaqəli bir adam olub. Bu gün də kriminalla əlaqəli biridir: “Sarukyan lap gənc yaşlarında bir neçə il həbsdə olub, sonra müəyyən vasitələrlə Köçəryanla yaxın olduğu üçün külli-miqdarda vəsait toplayıb. Köçəryanın ən yaxın adamlarından biri sayılır. Köçəryanın hakimiyyəti dövründə bir çox insanların həbs olunması və qətlinin təşkilatçılarından biri Sarukyandır. Sonra isə “Çiçəklənən Ermənistan” partiyasını yaradıb və partiyanın sədri kimi parlamentdə təmsil olunub. Paşinyanı tənqid etdiyi və istefasını tələb etdiyinə görə deputat səlahiyyətləri əlindən alındı. Bütün bunlar təbiidir. Çünki bu gün Ermənistanda ölkəni idarə edən adamlar millətçilər, faşist idealogiyasına xidmət edən adamlardır. İstər Sarkisyan, istər Köçəryan, istərsə də Paşinyan-bunların hər üçü sırf millətçidirlər. Onlar hakimiyyətə millətçi, faşist idelogiyasının təbliğatçıları kimi gəliblər. Çünki onların hər üçü siyasətçi deyil, geniş dünya görüşünə və siyasi savada malik olan adamlar deyil. Onların insanlara firavan həyat bəxş etməsi, Ermənistanı ağ günə çıxarması qeyri-mümkün olan bir məsələdir”.

Qərb təşkilatlarının ikili yanaşmasına gəlincə, millət vəkili bildirib ki, Qərb və Avropa ölkələri Ermənistanda olan hadisələrə lazımi qaydada qiymət vermirlər: “Bunun müəyyən səbəbləri var. Ən başlıcası odur ki, Paşinyan qərbyönümlü siyasət yürüdür və Qərbin əli ilə hakimiyyətə gəlib. Paşinyan bilavasitə rusyönümlü siyasətçi sayılmır. Düzdür, o ikili rol oynayır. Yeri gələndə Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Çünki Rusiyadan qorxur. Amma bilavasitə Qərbin tələbi və təkidi ilə hakimiyyətə gəlmiş adamdır. Eləcə də Avropada Ermənistan qüvvələrinin çoxluğu bir çox sahələrdə Paşinyanın müdafiə olunmasına zəmin yaradır. Ona görə də Qərb və beynəlxalq təşkilatlar susur”.

T.Rzayev bildirib ki, Qərbin susması həqiqətən də acınacaqlıdır: “Beynəlxalq prinsiplərin əsas tutulmaması dünyada müharibələri qızışdırır, kütləvi insan qırğınına səbəb olur. Bu da bəşəriyyət üçün bir faciədir. Gərək Qərb və  Avropa dövlətləri qəbul olunmuş normaları bütün dövlətlər üçün əsas tutsunlar. Təəssüf ki, bir çox hallarda Ermənistana güzəşt edilir. Səbəb odur ki, erməni rəhbərliyi və xalqı daimi xain və satqın olurlar. Bunun müqabilində Ermənistanda hakimiyyətə gələnlər olub. Sarukyan da müəyyən qədər rus meyilli olduğu üçün dəstək alacaq. Amma Paşinyan hakimiyyətdə qalmaq üçün rəqbilərini sıradan çıxarmaq istəyəcək. Ermənistanda Paşinyanın hakimiyyəti çox gedə bilməz. Çünki o uzaqgörən və dərin düşünən rəhbər deyil. Ermənistanın gələcəyi faciəlidir. Bu gün Ermənistana və rəhbərliyinə müəyyən qüvvələr dəstək verməsə, erməni xalqı batar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]