Əbülfəs Qarayevin işlədiyi dövrlə bağlı yoxlamalar bitdi – Vergidənyayınma aşkarlandı

Hesablama Palatası Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma halları aşkar edib.

AKTUAL TV xəbər verir ki, bu, Palatanın Filarmoniyada apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, mədəniyyət ocağı 2017-2018-ci illərə aid maliyyə hesabatlarında xərclərini müvafiq olaraq 59 759 manat və 64 259 manat artıq göstərib. Son nəticədə qurum dövlət büdcəsinə mənfəət vergisi kimi müvafiq olaraq 11 952 manat və 12 848 manat az ödəniş edib. 

Bundan başqa, Palata Nazirliyin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının da 2017-ci ildə 2 760 manat, 2018-ci ildə isə 14 580,0 manat az mənfəət vergisi ödədiyini üzə çıxarıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]