“Difai” filminin çəkilməsi üçün layihə həyata keçiriləcəkdir….

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təklifi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək Tarixi həqiqətlər “Difai” filminin çəkilməsi adlı layihənin müqaviləsi bağalanmışdır.

AKTUAL TV xəbər verir ki, Səlis Proqramı ilə bağlanmış müqavilədə layihənin 3 ay müddətində 01 iyul 2020-ci tarixdən 01 oktyabr 2020-ci il tarixinə qədər davam edəcəyi əksini tapıb. Layihənin icrası əsasında “Difai” filmi çəkiləcək. Azərbaycan Demokratik Cumhuriyyətinin ideyalarına və mövcud zamanın tələblərinə uyğun olaraq, ermənilərin və Rusiyanın Azərbaycan əhalisinə vurduqları zərələrin qarşısının alınması məqsədi ilə yaradılmış “Difai” təşkilatının ideyalarının müəllifi və yaradıcısı Əhmıd bəy Ağaoğludur. Filmdə “Difai” təşkilatını yaradanlar, və idarə edənlər haqqında da məlumat veriləcəkdir.


Layihənin icrasının həyata keçirilməsi üçün çəkiləcək “Difai” filmində Azərbaycan türklərinin qarşılaşdıqları problemlər, Difai təşkilatının həmin problemlərin həllidə göstərdiyi fəaliyyət öz əksini tapacaq.

Lahiyyə rəhbəri Radə Abbas, rejissoru Etibar Məmmədovdur. “Difai” filmi Vətən Tv Mediya Şirkəti tərəfindən çəkiləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]