AKTUAL TV xəbər verir ki, bu təkliflə sabiq deputat Etibar Hüseynov çıxış edib.
E.Hüseynovun sözlərinə görə, televiziya elə bir fəaliyyət sahəsidir ki, burada maska taxmaq və ya sosial məsafə saxlamaqla iş keçmir: “Ona görə də 2 televiziya (İTVvə REAL TV) və 2 radio (İctimai və Asan radio) qalmaqla, digəelərinin fəaliyyəti karantin müddətində dayandırılmalıdır, məncə. Fəaliyyətdə olanlar da minimum əməkdaşla, növbəli və onlayn formatda çalışmalıdırlar. Bu gün əhaliyə əsasən informasiya lazımdır ki, bu işin də öhdəsindən bu iki TV və radio lazımınca gələ bilər. Əyləncə, idman, film, konsertə isə internetdən də baxmaq olar”.