2023-də yüksək vəzifəsini itirənlər… – Və ilin təyinatları

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Ötən illərdə olduğu kimi, bu il də Azərbaycanda kadr islahatları davam etdirildi. Başa çatmaqda olan 2023-cü ildə bir sıra mühüm vəzifələrdə dəyişikliklər oldu. Kimisi birdəfəlik məmurluqla vidalaşdı, kimisi isə başqa vəzifəyə təyinat alaraq dövlət qulluğunu davam etdirdi.
Bu məqamda cari ilin yaddaqalan təyinatlarını, o cümlədən vəzifədən azad edilən məmurları xatırladır:
Mədət Quliyev
2019-cu ildə müdafiə sənayesi naziri təyin edilən Mədət Quliyev bu postda 4 il qaldı. Onu bu vəzifədə ötən ay 37 yaşlı Vüqar Mustafayev əvəzlədi. Daha əvvəl M.Quliyevin müavini olan V.Mustafayevin təyinatı da maraqla qarşılananlar sırasındadır. Sabiq nazirə isə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsi həvalə olundu.

İnam Kərimov
İnam Kərimov bu ilin aprelində kənd təsərrüfatı naziri vəzifəsində azad edilib. Amma bu, onun mühüm postlardan birinə təyinat alması ilə bağlı olub. Ali Məhkəmənin Sədri təyin edilən İnam Kərimovun yerinə isə Məcnun Məmmədov nazir təyin edilib.

Məhərrəm Əliyev 
Uzun illər dövlət xidmətində olan general-polkovnik Məhərrəm Əliyev bu ilin dekabrında Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Təcrübəli general dövlət başçısının digər Sərəncamı ilə ölkəmizin Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
General-polkovnikin yerinə kimin gətiriləcəyi isə maraqla gözlənilir.

Arzu Rəhimov
2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olan Arzu Rəhimov da vəzifəsini bu il itirənlər arasındadır. Onun yerinə isə Mürsəl İbrahimov təyin olunub. 

Cahangir Əsgərov 
Uzun illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olan Cahangir Hacıyev də kreslosu ilə bu il vidalaşıb. Ümumilikdə 27 il AZAL-a rəhbərlik edən Hacıyevin vəzifəsinin müvəqqəti icrası qurumun birinci vitse-prezidenti Samir Rzayevə həvalə edilib.

Adil Kərimli
İlin mühüm təyinatlarından biri də yeni mədəniyyət naziri ilə bağlıdır.
Bu vəzifədə etimadı doğrultmayan Anar Kərimov çox keçmədən vəzifəsindən azad edildi. Prezident İlham Əliyev 2022-ci il dekabrında mədəniyyət nazirinin müavini təyin etdiyi Adil Kərimlini bir müddət sonra nazir postuna layiq gördü. Yeni təyinatdan sonra mədəniyyət sahəsində ciddi canlanma hiss olunur.

2023-cu ilin önəmli təyinatlarından biri də Aqil Qurbanovun adı ilə bağlıdır.

Uzun müddət özəl sektorda çalışan mülki şəxsin müdafiə nazirinin müavini, Baş direktor təyin edilməsi cəmiyyətdə maraqla qarşılandı. (“Qafqazinfo”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]