“Sahibkar Qadınların Milli Strategiyasının hazırlanması” adlı layihə çərçivəsində iki görüş keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sahibkar Qadınların Milli Strategiyasının hazırlanması” adlı layihə çərçivəsində “Sahibkar Qadın Portreti” kitabını Şəhid Xanımlarının da qatıldığı, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, kiçik sahibkar olaraq biznes savadının artırılmasına dəstək olacaq iki görüş keçirilib.

QHT.az xəbər verir ki, hər iki görüşdə tədbir iştirakçılarına kitab təqdim edilib. Biznes və maliyyə savadlılığının artırılması ilə yanaşı sahibkarlıqda vergi hesablamaları, peşə sahələri və məşğulluqda aktiv iştirakıçılıq təşviq edilib. Layihə çərçivəsində artıq 2 “Qadın sahibkar icması” yaradılmır və ümimilikdə təşkilat bu günə qədər 10 icma yaratmış oldu. Görüşdə iştirak edən 10 qadına “Biznes Plan” hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində “dəyirmi masa” keçiriləcək və layihənin davamlılığının təminatı olaraq qadınlara vergi, hüquqi və maliyyə bilgiləri ilə dəstək veriləcəkdir.

Fotolar

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]