TƏBİB: Tabeliyimizdəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma qeydə alınmayıb

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Məlumatada qeyd olunub ki, hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

“Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub”, – deyə bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]