İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb

İsveç prokurorluğu Stokholmda Quranın yandırılması aksiyalarından sonra iki nəfəri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib.

Bu barədə İsveç prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün prokuror 2023-cü ilin yayında Stokholmun müxtəlif yerlərində Quranın yandırıldığı dörd hadisədən sonra 38 və 49 yaşlı şəxsləri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib”, – məlumatda bildirilib.

Xatırladaq ki, ötən ilin iyun və avqust aylarında ölkədə Quranın yandırılması ilə bağlı dörd aksiya keçirilib, onlardan biri də Stokholmun mərkəzindəki məscidin qarşısında Qurban bayramının qeyd edilməsi zamanı təşkil edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]