Ronaldonun izləyici sayı 1 milyardı ötdü

Portuqaliya millisi və “Əl Nəsr” klubunun hücumçusu Kristiano Ronaldonun sosial şəbəkələrdə izləyici sayı 1 milyardı ötüb.

Bu barədə futbolçu özünün İnstaqram səhifəsində məlumat yayıb.

Ronaldo qeyd edib ki, onun İnstaqram səhifəsində 639 milyondan çox, Feysbukda 170 milyondan çox, X-da 113 milyondan çox, Yutubda 60.5 milyon, Kuayşuda 9.3 milyondan çox, Veyboda 7.5 milyondan çox izləyicisi var.

“Biz tarixə düşdük – 1 milyard izləyici. Bu, sadəcə bir rəqəmdən daha çox şeydir. Bu, oyuna və onun hüdudlarından kənara bizim ümumi ehtirasımızın, sevgimizin sübutudur. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə ailəm və sizin üçün oynamışam və indi birlikdə bir milyardıq” , – Ronaldo bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]