KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kentukki ştatında liderdir.

Bu barədə “CNN” məlumat yayıb.

Tramp 60,9%, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 37,8% səs toplayıb. Florida ştatında da analoji vəziyyətdir. Tramp səslərin 58,1%-ni, Demokratların namizədi Kamala Harris isə 41,2%-ni qazanıb.

“Washington Post” isə qeyd edib ki, İndiana ştatında da Respublikaçılar Partiyasından namizəd Donald Trampın lider olacağı gözlənilir. Belə ki, seçki məntəqələrinin bağlandığı İndiana ştatında bülletenlərin sayımına başlanılıb.

İlk məlumatlara görə, səs verənlərin təxminən 70%-i Trampa, 27%-dən çoxu isə onun rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verib.

Öz növbəsində “CBS” telekanalı mənbələrə istinadən xəbər yayıb ki, Corciya, Arizona, Miçiqan və Viskonsin ştatlarındakı seçki məntəqələrində bomba olması ilə bağlı 30-a yaxın yalan məlumat daxil olub.

Eyni zamanda Donald Tramp Pensilvaniya ştatında keçirilən prezident seçkilərində geniş saxtakarlığa yol verildiyini iddia etsə də, ştat rəhbərliyi iddiaları rədd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]