İqor Babuşkin: Azərbaycan Həştərxanın Xəzərdəki əsas tərəfdaşıdır

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Həştərxan və Bakı arasında birbaşa aviareyslərin sayının artırılması Rusiya regionunun Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsinə kömək edəcək.

Bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin öz teleqram kanalında məlumat verib.

“Bizim biznes mərkəzlərimiz turist axınının artmasına fəal şəkildə kömək edir. Bundan əlavə, Azərbaycan Respublikasının nümayəndələri regionumuzun bütün beynəlxalq layihələrində iştirak edirlər. Bakı və Həştərxan arasında birbaşa uçuşların sayının həftədə 5 dəfəyə qədər artırılmasını təklif etdim”, – ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən İ.Babuşkin bildirib.

Qubernator Prezident İlham Əliyevə təşəkkürünü bildirib və görüşdə strateji əhəmiyyətli məsələlərin müzakirə edildiyini qeyd edib.

“Xəzərin dayazlaşması kimi vacib problemi də müzakirə etdik. Prezidentimizin tapşırığı ilə həştərxanlı ekspertlər dəniz səviyyəsinin azalmasının səbəblərini təhlil ediblər. Azərbaycan tərəfi də bu istiqamətdə işləyir. İkitərəfli işçi qrupu yaradılıb, onun ilk iclası bazar ertəsi Bakıda keçirilib.

Azərbaycan Xəzərdə ən vacib tərəfdaşımızdır. Dövlət başçısı İlham Əliyevə növbəti görüş imkanına və çoxşaxəli əməkdaşlığımızın inkişafına göstərdiyi diqqətə görə minnətdaram. Müzakirə olunan bütün məsələlərdə dəstək aldıq”, – o qeyd edib.

O, həmçinin vurğulayıb ki, söhbət zamanı bu ilin mayında başladılan Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə kompleks proqramın ilk nəticələri müzakirə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]