Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır

Son dövrlərdə müasir texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır. Uşaqlar humanizmə aid olmayan, ziyanlı istiqamətlərə yönəldilirlər.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə iki milyona yaxın təhsilalan və təhsilverən var:

“Təhsilin qarşısında çox mühüm vəzifələr durur və biz bu vəzifələri dərk edirik. Dini maarifləndirmədə təhsilin mühüm əhəmiyyəti var. Ölkəmizdə müxtəlif dinlərə hörmət edilir. Təhsil proqramlarında, standartlarında daha çox humanizmə yer verilir. Həyat Bilgisi, Ümumi Tarix fənlərində bu mövzulara yer ayrılır, ali məktəblərdə multikulturalizm mövzusu önəm kəsb edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]