Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır

Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi”, – o bildirib.

M.Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: “Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir”.

Diplomat vurğulayıb ki, Aİ missiyasının yerləşdirilməsi barədə qərar Azərbaycanla razılaşdırılmadan qəbul edilib: “Niyə kənar müşahidəçi olmayan və sabitlikdə yaxından maraqlı olan regional oyunçunun fikri nəzərə alınmır?”.

XİN nümayəndəsi əlavə edib ki, Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]