Trampı sui-qəsd cəhdi zamanı qoruyan agent ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edilib

ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib.

Bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində bildirib.

“Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir”, – deyə Tramp yazıb.

Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir – o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.

“O, Pensilvaniya ştatının Batler şəhərində öz həyatını riskə ataraq məni qatilin gülləsindən xilas etməklə qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan – 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]