Parlamentdə bu hərbçilərə mənzil verilməsi təklif olundu

Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq.

Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:

“Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”.

Deputat bildirib ki, real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur: “Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s kimi məlumatlar bizə verilmir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]