Türkiyə XİN başçısı: ABŞ-nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar

Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir.

O bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, şübhəsiz ki, böyük iş görülməli, müəyyən prinsiplər əsasında ümumi razılaşma çərçivəsi hazırlanmalıdır. Tərəflərin ciddi konsensusa ehtiyacı olacaq”, – H.Fidan bildirib.

O qeyd edib ki, tərəflər hələ görüşlərin keçirilməsi mərhələsinə gəlib çatmayıblar: “Düşünürəm ki, yay aylarına qədər vəziyyət aydınlaşacaq. Aydınlıq iyuna qədər yaranacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]