İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüz olduğunu bildirib, çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.

O, bu barədə İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə açıqlama verib.

“Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”, – o bildirib.

Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur.

D.Tramp eyni zamanda İran Prezidenti Məsud Pezeşkian ilə görüşün mümkünlüyünü istisna etməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]