8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsil müəssisələrinə təlimat göndərilib.

Təhsil müəssisələrinin rəhbərlərinə təlimata əməl olunmasının zəruriliyi vurğulanıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Bakıda yerləşən orta məktəblərin rəhbərləri ilə görüş keçirilib. Qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunulub.

Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulanıb, müvafiq tövsiyələr verilib.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]