İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.

Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

İ.Bəqai bununla iranlı deputat Məhəmməd Qasım Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün nüvə silahı yaratmaq təklifinə şərh verib:

“İran heç vaxt və heç bir şəraitdə nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola bilməz”, – o brifinqdə bildirib.

İran İslam Respublikasında nüvə silahının hazırlanması Ə.Xameneinin 2003-cü il tarixli fərmanı ilə qadağan edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]