Ekaterina Tikaradze: “Marneuli və Bolnisidə karantin ləğv olunacaqdı” 24 Aprel, 2020 00:04

“Biz Marneuli və Bolnisidə ciddi karantin rejiminin tədricən ləğvi ərəfəsində idik”.

Aktual TV xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze ölkənin Birinci kanalının efirində bildirib.

Nazir iki gün əvvəl Marneulidə keçirilən aksiyanın yaxşı hal olmadığını deyib: “Məhz bu konkret hadisəyə görə biz Marneulidə əlavə tədbirlər həyata keçirməli olacağıq. Müəyyən vaxt sonra rayonda əhalinin hərarətinin təkrar ölçülməsi və əlavə testlərin aparılması mümkündür”.

Qeyd edək ki, iki gün əvvəl Marneulidə bir neçə kəndin sakini yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçirərək karantin rejiminin ləğvi və yolların açılmasını tələb ediblər. Rayonda ciddi karantin rejimi martın 23-dən tətbiq olunur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]