İndiyədək 162.217 muzdlu işçiyə 37 milyon manatdan artıq vəsait ödənilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabatı (24.04.2020 il tarixinə) açıqlayıb.

AKTUAL TV -nin məlumatına görə,hesabatda bildirilir ki, indiyədək müraciət etmiş vergi ödəyicilərinin sayı 21.432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224.602 nəfərdir.

Müraciət edənlər üçün 77.982,8 min manat, o cümlədən, 1-ci ay 38.991,4 min manat (50%) ödənilməsi nəzərdə tutulur.

Faktiki olaraq 16.814 vergi ödəyicisinə, həmin vergi ödəyiciləri üzrə isə 162.217 muzdlu işçiyə ödəniş edilib.

Ödənilmiş vəsaitin məbləği 37.005,4 min manatdır.

Tədbirin icrası üzrə ümumilikdə 215,0 milyon manat vəsait nəzərdə tutulur.  

Xatırladaq ki, bu ödəmələr koronvirus pandemiyasından zərər çəkmiş muzdlu işçilərə dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]