Azərbaycanda daha 18 min ödənişli iş yeri yaradılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq.

AKTUAL TV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb. 

Beləliklə, Nazirliyin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 mini ötüb.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]