AKTUAL TV xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı parça maskalardan istifadə qaydalarına dair tələbləri də açıqlayıb:
– Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;
– İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;
– Rahat nəfəs almağa imkan verməlidir;
– Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.
Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik?
– 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı maskadan istifadə edilməlidir;
– Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;
– Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər dinsanalra parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;
– Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.