İctimai Birliyinin sədri Büllur Məmmədova Aktual TV- yə bildirib ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində 7 mülki vətəndaşımız minaya düşüb. Onlarda üç nəfəri AZƏRTAC-ın müxbiri İbrahimov Məhərrəm Əli oğlu, AZTV-nin operatoru Abışov Sirac Abış oğlu və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayındəsinin müavini Əliyev Arif Ağalar oğlunun iyunun 4-də minaya düşərək həlak olublar. Bununla əlaqədar olaraq həlak olanların ailə üzvülərinə başsağlığı verir,allahdan rəhmət diləyirik. Bu erməni vandallığının növbəti görüntüsüdür. Beynəlxalq ictimaət Azərbaycana erməni terrorcularına əsir adı qoyaraq, əsirlərin geri qaytarılmasını tələb edir. Lakin bizə minalanmış sahələrin xəritəsini verməyən ermənistana qarşı heç bir tədbir görülmür. Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarını minalarla dolu bir məkana çevirib.Bu üzdən torpaqlarımız işğaldan azad olunduğu gündən bu günə kimi yüzlərlə mülki şəxs minaya düşərək həlak olub və ya ağır bədən xəsarəti alıb.
İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir.
Bizim məcburi köçkünlərimiz təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün ərazilər minalar təmizlənməlidir. Biz Beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.