Çimərliyə izacə ilə gedəcəyik – YENİ QAYDA

Çimərliklərlə bağlı qaydalar hazırlanır və komissiya yaradılıb.

Aktual Tv xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

“İlk olaraq sosial məsafə saxlanılmalıdır. Bəzi çimərliklərdə sıxlığın müşahidə olunması qaçılmazdır. Buna görə də onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq”.

O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı administrasiya yaradılıb və nəzarət olunacaq.

İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib: “Buraya turizm və hotelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eynilə iaşə obyektlərində masalar arasında azı 2 metr, insanlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]