“O, Qarabağda və Şərqi Zəngəzurda kazinoların açılmasını təklif edib. Öz fikirlərinə bunuda əlavə edib ki, kazinoların bu bölgələrdə açılması turist axınına şərait yaradacaq.
Sözün düzü, uzun illərdi siyasət meydanında olan belə bir deputatdan belə absurd təklifin ediləcəyini heç gözləmirdim. Axı necə ola bilər ki, qan bahasına alınmış torpaqlarda qumarxana-kazinolar açılsın?!.
Bir Qarabağlı kimi, nəinki Qarabağ ərazisində, Azərbaycanın heç bir bölgəsində kazino və bu tipli əyləncə növləri üçün şərait yaradılmasının tam əleyhinəyəm. Belə bir fikrin söylənilməsi belə, o torpaqlarımızın azadlığı uğrunda ŞƏHİD olmuş övladlarımızın ruhuna təhqir kimi dəyərləndirirəm.
Qarabağ-Şuşa Las Vegas deyil, mədəniyyət beşiyidir!
Hətda MƏN deyərdim ki, ŞUŞA Türk Dünyasının MƏKKƏSİDİR!
Yer altı və yer üstü maddi sərvətləri ilə zəngin olan MƏMLƏKƏTİMdə kazinoların açılması, özüdə Qarabağ kimi ilahi bir diyarda, çox təhlükəli olar.
VALLAH ayıb olsun!”
Nəsimi Qarabağlı
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti.