Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? – AÇIQLAMA

Səhiyyə Naziri Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 Aktual Tv -nin xəbərinə görə, sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur:

“Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi yazılıb”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında çıxış edib. Nazir çıxışında Azərbaycanda pandemiyanın səbəb olduğu vəziyyətdən danışıb. Bu zaman onun qarşısında qoyulan kiçik lövhəcikdə “Azərbaycan” sözünün düzgün yazılmaması diqqət çəkib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]