“İmkanı olana da uşaq pulu verilsə, o pula yeni qalstuk alacaq” – Deputat

Xəbər verdiyimiz kimi aprelin 24-də keçirilən plenar iclasda deputat Əli Məsimli uşaq pulunun yenidən bərpa edilməsini təklif edib.

 Karantin rejim bitdikdən sonra Azərbaycanda uşaq pulunun bərpası mümkündürmü?

 Aktual Tv xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Hüseynov bildirib ki, bizim iqtisadi gücümüz artıqca bu birbaşa vətəndaşlarımızın sosial rifah halının yüksəlməsinə yönəlir: “Mən düşünürəm ki, uşaq pulu veriləndə ünvanlı olmalıdır. Yəni həqiqətən kimi ehtiyacı varsa, ona verilsin. Təbii ki, bunun üçün də həmin ailələrin statistikası hazırlanmalıdır. Uşaq pulunun kütləvi şəkildə verilməsi düzgün yanaşma olmazdı. Düşünürəm ki, bu məsələdə fərdi yanaşma olmalıdır. Əgər imkanı olana biz uşaq pulu versək o, gedib həmin pula yeni qalstuk alacaq. Ona görə də o vəsait həqiqətən ehtiyacı olana verilməlidir. Çünki həmin ailə o pulu övladı üçün xərcləyəcək. Hər bir ailənin fərdi uçotu qurulmalı, məlumat bazası yaradılmalıdır. İstənilən ailə haqqında məlumat əlimizin altında olanda onların sosial probleminni həll edilməsi məsələsi azalır. Dövlətin atacağı addımlar ünvanlı olarsa daha effektli olur. Bu vəsaitlər dövlət büdcəsindən ayrılır. Dövlət büdcəsi vətəndaşlarımızın fəaliyyətindən yaranır. İşləməyib, hazır vəsait alınması düzgün olmaz. Əlbəttə elə vətəndaşlarımız var ki, işləmə qabiliyyəti yoxdur. Dövlətimiz hər bir vətəndaşına həssas yanaşır. Bu həssaslıqdan sui-stifadə edilməsi də düzgün olmazdı”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]