Sərhəddə gərginlik PİK HƏDDƏ: ordular üz-üzə gəldi

Hindistanla Çin sərhədində gərginlik yüksəlib.

AKTUAL TV xəbər verir ki, bu ayın əvvəlində iki ölkənin sərhəd qoşunları arasında yaşanan insidentdən sonra bölgəyə əlavə hərbi qüvvə göndərilib.

Müdafiə istehkamlarının qurulması ilə bölgədə aktivlik nəzərə çarpır.

“Times of India” qəzetində yer alan xəbərə görə, Lədək bölgəsinin şimalında və Siqqim əyalətində əsgərlərin qarşı-qarşıya gəlməsindən sonra diqqət təkrar bölgəyə istiqamətlənib. Hər iki ölkə 5 nöqtəyə əlavə hərbi qüvvə yerləşdirib.

Çin əsgərləri Qalvan vadisində 100 çadır qurub, Panqonq Tso gölündə patrul qayıqlarının sayı artıb.

Mütəxəssislərin sözlərinə görə, Hindistanla Çin arasındakı bu münaqişə 3 min 488 km-lik sərhəd xəttinin dərinləşən anlaşmazlıq mövzusundan doğur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]