“Mall”arın açılacağı gözlənilir

Kənd Təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.

AKTUAL TV xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: “Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir”.

İ.Məmmədov qeyd edib ki, növbəti yumşalma mərhələsində “Mallar”ın, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: “İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır”.

O vurğulayıb ki, hazırda ehtiyatda 6 milyon maska var: “Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]