AMEA-nın aztəminatlı işçilərinə ərzaq yardımı edilib

AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

AMEA-dan AKTUAL TV -yə verilən məlumata görə, tədbirdə AHİ-nin Rəyasət Heyətinin üzvü Şəhla Əmirova çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib. Qeyd edib ki, verilmiş uzaqgörən qərarlar və xüsusi karantin rejiminin elan edilməsi nəticəsində ölkəmiz bu prosesdən az itki ilə çıxıb. O həmçinin pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək vermək məqsədilə bir sıra tədbirlərin icra edildiyini söyləyib və bugünkü yardım aksiyasının ölkədə aparılan siyasətin məntiqi davamı olduğunu vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri Gülarə Əmirova çıxış edərək əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb, onları Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Sonda sosial məsafə gözlənilməklə AMEA Rəyasət Heyətinin və Akademiya şəhərciyinin 120-yə yaxın texniki, gözətçi və sanitar işçisinə ərzaq yardımı paylanılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]