Azərbaycan, Gürcüstan, Türkiyə arasında keçirilən üçtərəfli görüşə dair məsələlər nəzərdən keçirilib. Dövlət səviyyəsində keçirilən bu görüş əsassız deyil.
Cənab Prezidentin Davos zirvəsindəki açıqlamaları qarşı tərəfi Gürcüstanda görüşməyə dəvət edir.
Bu fikirləri Aktualtv.az-a açıqlmasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülhün olması üçün hər şeyi etməyə hazırdır. Lakin Ermənistan və onu dəstəkləyən qüvvələr bunu qəbul etmirlər. Amma Azərbaycan öz istəyinə nail olacaq.
Çünki bizim Türkiyə kimi strateji tərəfdaşımız var. Gürcüstan həqiqətən burada sülhsevər missiya kimi çıxış edir və o missiya ondan ibarətdir ki, Cənubi Qafqazda sülh olsun. Çünki Azərbaycanın həyata keçirdiyi layihələr əsasında Gürcüstan tranzit ölkəyə çevrilib.
Politoloq bildirib ki, Azərbaycanın iqtisadi, siyasi maraqları kifayət qədər təmin olunur. Bu məsələdə Azərbaycanın rolu danılmazdır. Cənubi Qafqazda sülhün bərqərar olmasını İlham Əliyev uğurla həyata keçirib,eyni zamanda Gürcüstan da burada müsbət rol oynayır. İnanıram ki, Ermənistan məcbur olub sülhü qəbul edəcək.
Etibar Məmmədov /aktualtv.az/