İranda əhali yoxsulluqdan da aşağı vəziyyətdə yaşayır – Özəl

İranda 200 rayonun sakinləri yoxsulluqdan aşağı vəziyyətdə yaşayır.

Aktualtv.az xəbər verir ki, bunu İran daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib. Onun sözlərinə görə, həmin sakinlər üçün mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida, geyim və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.

Bir müddət əvvəl İranın Kooperasiya, Əmək və Əhalinin Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 milyon 560 min nəfər yoxsulluq həddində olub. Rəsmi statistikaya əsasən, 2019-cu ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə təxminə 34 faiz azalıb. Ölkədə inflyasiyanın səviyyəsi bu ilin fevralında 53,4 faiz təşkil edib.

Qeyd edək ki, İranda bir dollar 50 000 tüməndən baha mübadilə edilir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]