İsraildə etirazlar yenidən alovlanıb – Özəl

Benyamin Netanyahunun məhkəmə islahatlarına dair qanun layihəsini ən azı yay ayına qədər təxirə salmaq haqqında qərarına baxmayaraq, İsrail müxalifəti bu gecə növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.

Aktualtv.az xəbər verir ki, ən böyük nümayiş, əvvəlki həftələrdə olduğu kimi, Tel-Əviv şəhərində baş tutub. Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyunca böyük yürüş keçirib, hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Təşkilatçılar bildiriblər ki, baş nazirin və onun kabinet üzvlərinin bəyanatlarına etimad göstərmədikləri üçün aksiyaları davam etdirəcəklər.

Qeyd edək ki, İsraildə artıq 13-cü həftədir ki, müxalifətin kütləvi etirazları keçirilir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]