ABŞ hərbi təyyarəsi İran sərhədində – Ordu hazır vəziyyətə gətirildi – Özəl

ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü İranın hava sərhədləri yaxınlığında görünüb.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Məlumata görə, hadisə Oman körfəzi üzərində baş verib. Təyyarə qeydə alındıqdan sonra İran Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.

Qeyd edək ki, kəşfiyyat təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilib və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur. “Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Oman körfəzi üzərində səmada İran sərhədi boyunca uçuşunu davam etdirir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]