Rusiyada hərbidən yayılanlara sərt qadağalar – Özəl

Rusiyada hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri yaradılacaq.

Aktualtv.az xəbər verir ki, Dövlət Dumasında təsdiqlənən elektron hərbi çağırışlar haqqında qanuna görə çağırışçı komissarlığa birinci dəfə gəlməzsə, ona qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Lakin növbəti dəfə gəlməyə məcburdur. Bu da baş verməzsə çağırışçının ölkədən çıxışına, nəqliyyat vasitəsi idarə etməsinə, fərdi sahibkar kimi qeydiyyata alınmasına, bankdan kredit götürməsinə, mülk alqı-satqısına məhdudiyyət qoyulacaq.

Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli Rusiya vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı tövsiyə edib. Sədr həmçinin bildirib ki, hərbi xidmətə çağırış kağızı həm yazılı, həm də elektron variantda çatdırılacaq.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]