“Taxıl sazişi”nin müddəti bitir – Qərar nə olacaq? – Özəl

“Taxıl sazişi”nin növbəti dəfə uzadılması perspektivi azdır”.

Aktualtv.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib. Onun sözlərinə görə, buna səbəb müqavilənin Rusiya ilə bağlı hissəsinin işləməməsidir. Peskov həmçinin qeyd edib ki, NATO ölkələrinin vətəndaşlarının Ukrayna tərəfindən döyüşlərə cəlb olunmasına dair Rusiyada məlumat var.

Xatırladaq ki, taxılın təhlükəsiz daşınmasına dair saziş ötən il iyulun 22-də İstanbulda imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Bu ilin martında isə “Taxıl sazişi”nin müddəti növbəti dəfə 2 aylıq uzadılıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]