ABŞ-Filippin birgə bəyanatı – Çindən REAKSİYA – Özəl

Rəsmi Pekin Çinin Cənubi dənizindəki bəzi dənizçilik fəaliyyətinin “qanunsuz” olduğu iddialarını əks etdirən ABŞ- Filippin birgə bəyanatını qınayıb.

Aktualtv.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin birgə bəyanatın Çinin qanuni dəniz hüququnu həyata keçirmə fəaliyyətini təhrif etdiyini söyləyib. O, Çinin ABŞ-Filippin birgə bəyanatını qətiyyətlə rədd etdiyini bildirib.

Qeyd edək ki, Filippin və ABŞ xarici işlər və müdafiə nazirləri Vaşinqtonda “2+2” formatındakı görüşündə bigə bəyanat qəbul olunub. Sənəddə Filippinin suveren hüquqlarının olduğu Cənubi Çin dənizində təhdidedici və təxribatçı fəaliyyətinə son qoyması üçün Çinə çağırış edilib, qlobal təhlükəsizlik və rifahın əvəzolunmaz elementi kimi Tayvan boğazında sabitliyin təminatının vacibliyi vurğulanıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]