İrandan növbəti QADAĞA – Özəl

İranda qadınlara hicabsız avtomobili idarə etmək qadağan olunub.

Aktualtv.az xəbər verir ki, bu barədə İranın Ali Məhkəməsi məlumat yayıb. Qurumun məlumatına görə, İslam Cinayət Məcəlləsinə görə, ictimai yerlərdə və yollarda hicabını açan qadınlar cinayət məsuliyyəti daşıyırlar. Avtomobillərdə hicab qaydalarına riayət etməyən şəxslər həbs olunacaq və cəzalandırılacaqlar.

Qeyd edək ki, İranın bir sıra universitetlərində məcburi hicaba və ali məktəblərdə ağır intizam hökmlərinə etiraz edən tələbələrsə dərsləri dayandırıb. Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı məlumata görə, tələbələr oturaq aksiyaya başlayıblar. Onlar həmçinin məktəblərdə şagirdlərin zəhərlənməsinə etiraz etdikləri üçün universitetlərtdən qovulan tələbələr barəsində çıxarılan qərarların ləğvini tələbi ilə irəli sürüblər.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]