Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şimal-qərbindəki Volın vilayətinə səfər etdiyini bildirib.
Aktualtv.az xəbər verir ki, Ukrayna prezidenti bildirib ki, bölgədə bir neçə infrastruktur layihəsi razılaşdırılıb. Layihələr uzunmüddətli perspektivdə iş yerləri və iqtisadi artıma zəmanət verəcək.
O, burada sərhədçilərlə də görüşüb. Bildirib ki, Volın real güc nümayiş etdirir və bütün ölkənin təhlükəsizliyini gücləndirir.
Etibar Məmmədov / aktualtv.az