Rusiya Silahlı Qüvvələri İrandan yeni partiya “Şahid” dronları alıb.
Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Birləşmiş Komandanlığının mətbuat katibi Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, bir gün əvvəl Odessaya hücum edən dron-kamikadzelər Rusiya ordusunun qəbul etdiyi yeni partiyaya aiddir, çünki onların üzərində yeni istehsal tarixləri aşkar edilib.
Həmçinin qeyd olunub ki, Rusiya ordusunun dronlardan istifadə etməkdə əsas məqsədi təkcə insanların psixoloji vəziyyətinə təsir göstərmək deyil, həm də hava hücumundan müdafiə sistemləri və vacib infrastrukturun axtarışıdır.
Etibar Məmmədov / aktualtv.az