“Bu hissə ilə bağlı bizim və Azərbaycanın ümumi fikri var” – Paşinyan – Özəl

Zəngəzur vilayətinin Dığ kəndi yaxınlığında problemli ərazi daha 1,4 km azaldılıb.

Aktualtv.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, dəqiqləşdiriləcək 12 kilometrlik xəttin cəmi 5 kilometrlik hissəsi problemli hesab edilib.

“Hazırda zona daha 1,4 km azalıb. Bu o deməkdir ki, sərhədin bu hissəsi dəqiqləşdirilib. Bu hissə ilə bağlı bizim və Azərbaycanın ümumi fikri var. Bu xəttdən müəyyən məsafədə Ermənistan və Azərbaycan sərhədçiləri yerləşdirilib. Təcrübə göstərir ki, sərhədçilər məsələ ilə məşğul olanda bu, müəyyən nəticələrə gətirib çıxarır. Ümid edirik ki, qalan 3,6 km dəqiqləşdiriləcək və bununla da məsələ bağlanacaq”, – deyə Paşinyan bildirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]