“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Blinken üçün vacibdir” – Özəl

“Ermənistanla Azərbaycan arasında gərginliyin qarşısının alınması və münasibətlərin normallaşdırılması ABŞ dövlət katibi Entoni Blinken üçün vacibdir”.

Aktualtv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib. O xatırladıb ki, ABŞ dövlət katibinin bir müddət əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanı olub.

“Bu bizim ciddi şəkildə məşğul olduğumuz məsələdir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bununla məşğul olur”-deyə, o qeyd edib.

Vedant Pate ABŞ tərəfinin vasitəçiliyi ilə iki ölkənin nazirlər səviyyəsində yeni görüşünün təşkil edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən isə bununla bağlı tarix açıqlamayacağını deyib. Lakin tezliklə daha çox məlumat paylaşa biləcəyinə əmin olduğunu vurğulayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]