Bu sosial şəbəkələrə sərt qaydalar tətbiq ediləcək – Özəl

Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində 19 sosial şəbəkəyə sərt qaydalar tətbiq etməyə hazırlaşır.

Aktualtv.az xəbər verir ki, həmin platformalar sırasına “AliExpress”, “Amazon Store”, “Apple AppStore”, “Bing”, “Booking.com”, “Facebook”, “Google Play”, “Google Maps”, “Google”, “Google Shopping”, “Instagram”, “LinkedIn”, “Pinterest”, “Snapchat”, “TikTok” və “Twitter” daxildir.

Bu tətbiqlər 4 ay ərzində bütün yeni öhdəliklərə əməl etməli olacaqlar. Yeni öhdəliklər dezinformasiyanın qarşısını alacaq, qeyri-qanuni məzmuna qarşı çevik tədbirlər görəcək, uşaqları onlayn olaraq daha yaxşı qoruyacaq və risk qiymətləndirmələri aparacaq.

Qaydalara uyğun gəlməyən platformalar qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə oluna və Aİ-dəki fəaliyyətlərinə xitam verilə bilər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]