BMT nümayəndəsini təcili olaraq bu əraziyə göndərdi – Misli görünməmiş artan böhran – Özəl

BMT-nin baş katibi Antoniu Quterreş Sudanda vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar humanitar və fövqəladə yardım koordinatorunun müavini Martin Qriffitsi regiona göndərib.

Aktualtv.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. Baş katibin sözçüsü bildirib ki, Sudan sürəti və miqyası misli görünməmiş artan humanitar böhranla üz-üzədir. Onun sözlərinə görə, BMT Sudanın və bütövlükdə regionun bütün sakinlərini nəinki ani, həm də uzunmüddətli mənfi nəticələrə gətirib çıxaracaq hadisələrdən son dərəcə narahatdır.

“BMT Sudanda münaqişənin bütün tərəflərini mülki əhalini və infrastrukturu qorumağa, döyüşlərdən qaçan mülki şəxslər üçün təhlükəsiz keçidi təmin etməyə, humanitar personalı və əmlakı qorumağa və yardım əməliyyatlarını asanlaşdırmağa çağırır”, – Dujarrik əlavə edib.

Xatırladaq ki, Sudanda atəşkəs müddəti daha 72 saat uzadılıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]