Polşa-Belarus sərhədində tikilən divar… – Özəl

Polşa ilə Belarus arasında sərhəddə tikilən divarın başa çatmasına 150 metrlik hissə qalıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mixalskaya bildirib. Mixalskayanın sözlərinə görə, bu işi yalnız yayda yekunlaşdırmaq mümkün olacaq:

“Belarusla sərhəddə videokameralar və hərəkət sensorları ilə təchiz olunmuş divarın 206 km-i artıq istismara verilib, cəmi 150 m-lik hissə qalıb və bu hissəni yalnız yayda, Narev çayı öz məcrasına qayıdanda etmək olar”.

Qeyd edək ki, divarın tikilməsinə səbəb kimi Belarusdan Polşaya qanunsuz yolla keçmək istəyən miqrantların qarşısının alınması göstərilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]