Fransanı bürüyən iğtişaşlar – 108 polis yaralanıb – Özəl

Əmək günündə Fransanı bürüyən iğtişaşlarda yüz minlərlə insan nümayişlərdə benzin bombalardan istifadə edib. Polis isə etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib. Nə qədər etirazçının xəsarət aldığı bəlli deyil.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Cerald Darmaninin sözlərinə görə, paytaxtda benzin bombasının atılması nəticəsində bir polis məmurunun əlləri və üzü ciddi yanıqlar alıb. Lion, Tuluza və Nantda da zorakılıq baş verib, burada maşınlar yandırılıb, müəssisələrə hücum edilib. Ümumilikdə, pensiya islahatlarına etiraz edən nümayişçilərlə toqquşmalarda ən azı 108 polis əməkdaşı yaralanıb.

Bu barədə məlumatı Fransanın daxili işlər naziri açıqlayıb. Daxili işlər naziri belə çox sayda polisin yaralanmasının son dərəcə nadir olduğunu söyləyərək, iğtişaşlar zamanı 291 nəfərin də həbs edildiyini bildirib. Rəsmi rəqəmlərə görə, nümayişçilərin ümumi sayının 782 min, o cümlədən təkcə Parisdə 112 min olduğu deyilir. Ancaq bəzi həmkarlar ittifaqı təşkilatları bu rəqəmin üç dəfə daha çox olduğunu bildirir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]