Ukraynada hərbi vəziyyət rejimi uzadıldı – Özəl

Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.

Aktualtv.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib. Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib. 333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.

Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]